Futbolumuzda ciddi islahatlara ehtiyac var
Banuçiçək Kalbalıyeva
08:37 09.09.2021
İdman
1266
2008-ci ildən bəri komandamızda 4 əcnəbi mütəxəssis çalışıb və onların hər biri uğursuzluğu ilə seçilib
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürüb. Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşıb. Millimiz A qrupunun favoritini Bakı Olimpiya Stadionunda qəbul edib. Bakıya Kriştiano Ronaldosuz gələn Fernandu Santuşun yetirmələri matçın taleyini ilk yarıda həll ediblər. Maksim Medvedyev və Anton Krivotsyukun xidmətindən məhrum millimiz rəqibin hücumları qarşısında tab gətirməyib. Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi üç topa çatdıraraq Bakıda asan qələbə qazanıblar. Təəssüf ki, bu, ilk məğlubiyyət deyil. Millimiz “qara zolaq”dakı yolunu davam etdirməkdədir. Bu isə narahatverici məqamdır.
Əməkdar jurnalist, “Qol.az” saytının baş redaktoru Aydın Bağırov millimizin DÇ-2022-dəki performansını “Şərq”ə təhlil edib. O, Azərbaycanın seçmə mərhələdə beş oyundan cəmi bir xal topladığını nəzərə çatdırıb:
“Yüz faizlik nəticənin 15 xal olduğunu nəzərə alsaq, bu heç də ürəkaçan nəticə deyil. Əlbəttə, Portuqaliya kimi bir komandaya qalib gəlməyi gözləmirdim. Yəni uduzmaq mənim üçün o qədər də təəccüblü olmadı. Uğursuzluğumuz 12 ildir davam edir. Bu, komandadakı sistemsizliklə əlaqədardır. Federasiyadakı nöqsanlar millimizin nəticələrinə də təsir edir. 2008-ci ildən bəri komandamızda 4 əcnəbi mütəxəssis çalışıb və onların hər biri uğursuzluğu ilə seçilib. Beləliklə, xarici məşqçi siyasəti fiaskoya uğrayıb”.
A.Bağırovun sözlərinə görə, ciddi islahatlara ehtiyac var:
“Prezident İlham Əliyev yeni gənclər və idman nazirini qəbul edərkən federasiyalardakı nöqsanlardan da danışıb. Bu, həm də AFFA-ya aiddir. Problemlər ətrafında ciddi fikirləşməyə ehtiyac var. Futbol sistemi tamamilə dəyişməlidir. Hazırda ən ideal model “Qarabağ”dır. Bu komandada rəhbərlik və məşqçi arasında münasibətlər düzgün, şəffaf qurulub. Rəhbərlik baş məşqçinin işlərinə qarışmır və bütün məsuliyyəti Qurban Qurbanov özü daşıyır. Komandada maddi yeyinti yoxdur. Ona görə də uğur qazanırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya