Kevin Medina: Əsas mərhələyə yüksəlmək üçün əlimizdən gələni etməliyik
07:35 13.08.2025
İdman
235
“Bu turnirdə asan rəqib yoxdur. Sadəcə məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirir və rahat qələbələr qazanırıq”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasın (ÇL) III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu 5:1 hesabı ilə məğlub etmələri barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi Ağdam təmsilçisinin ÇL-nin pley-off mərhələsinə vəsiqə qazandığı üçün sevincli olduğunu bildirib: “Komanda olaraq bu uğurlarımızı davam etdirməyi arzulayırıq. Gördüyümüz kimi, yaxşı oyun sərgilədik. Həm kollektiv, həm də fərdi səviyyədə əla çıxış etdik. Bütün oyunçular meydanda böyük əzmkarlıq göstərdi və səylərimizin bəhrəsini aldıq. Bu gün meydanda hərtərəfli yaxşı hazırlaşdığımızı nümayiş etdirdik. Ümid edirəm ki, bundan sonra da uğurlarımız davam edəcək”.
Medina ÇL-nin əsas mərhələsini hədəflədiklərini vurğulayıb: “Hər il arzuladığımız nəticəyə çatmaq üçün bir addımımız qalıb. Qarşımıza güclü komandalar çıxacaq, çünki rəqabət çox sərtdir və hər bir klub gücünü ortaya qoyur. İndi əsas mərhələyə yüksəlmək üçün əlimizdən gələni etməliyik. Hər il hədəfimizə daha da yaxınlaşırıq. Sadəcə səbr və əzm lazımdır. İçimizdə ümidsizlik olmamalıdır. İnanırıq ki, Allah bizə doğru yolu göstərəcək və uğurumuzu təmin edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə