Levandovski yığmadakı karyerasını dayandırdı
Yusif Nəzərli
00:21 09.06.2025
İdman
438
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski Polşa millisindəki karyerasını dayandırıb.
Teleqraf-ın məlumatına görə, bu barədə 36 yaşlı hücumçu sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.
O, mövcud durumu və millinin baş məşqçisi Mixal Probejə etimadın itməsini nəzərə alaraq, millidən imtina etdiyini bildirib. Levandovski Probejin bu vəzifədə çalışacağı müddətdə komandaya qayıtmayacağını diqqətə çatdırıb: "Ümidvaram ki, gələcəkdə dünyanın ən yaxşı azarkeşləri üçün oynaya biləcəyəm".
Probej Polşa yığmasına 2023-cü ilin sentyabrında baş məşqçi təyin olunub. Onun dövründə milli komanda 2024-cü il Avropa çempionatında qrupda qalıb. Lakin Polşa Futbol Assosiasiyasının prezidenti Tsezari Kuleşa baş məşqçiyə tam dəstəyini ifadə edib.
Qeyd edək ki, Robert Levandovski 85 qolla Polşa yığmasının tarixdə ən yaxşı bombardiridir. O, millidə 2008-ci ildən çıxış edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
12:29 14.10.2026
Gündəm
Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir
12:11 14.10.2026
Dünya
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü
11:38 14.10.2026
Dünya
Polşada ukraynalı qaçqınların sayı kəskin azalıb
11:37 14.10.2026
Dünya