"Liverpul"un 3 futbolçusu "Çelsi" ilə oyunu buraxacaq

“Liverpul”da koronavirusa 3 yeni yoluxma qeydə alınıb.

Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib. O, komandada üç futbolçuda koronavirus aşkarlandığını bildirib.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın 21-ci turunda sabah səfərdə “Çelsi”nin qonağı olacaq.