Lüçesku türk futbolçunu Rumıniya millisinin heyətinə dəvət etdi
04:25 18.10.2025
İdman
552
Süper Liqada “Qalatasaray” və “Beşiktaş”la çempionluq sevinci yaşayan, 2017-2019-cu illər arasında Türkiyə millisini çalışdırmış rumın baş məşqçi Mirça Lüçesku, bir türk futbolçunu Rumıniya yığmasına qazandırmağa çalışdığını etiraf edib.
Sherg.az xəbər verir ki, Rumıniya mediasından "Fanatik.ro" saytına danışan Mirça Lüçesku bildirib ki, hazırda “Alanyaspor” klubunun müdafiəçisi Ümit Akdağı milli komandaya cəlb etmək üçün Türkiyəyə gəlib:
“Akdağla danışdım, onu inandırmağa çalışdım, amma alınmadı. ‘Bir az daha düşün" dedim, çünki hələ də Türkiyədən dəvət gözləyir. Amma orada oynaması çox çətindir. Mənim dövrümdə Türkiyə millisində oynayan müdafiəçilər — məsələn, Dəmiral və Çağlar kimi - hələ də əsas heyətdədirlər.”
Lüçesku əlavə edib:
“Ona dedim ki, Türkiyə millisində yer tapmaq çətindir, amma Rumıniyada oynamaq imkanı var - ən azı Drăgușin qayıdana qədər. Mənə ailəsi ilə danışdığını söylədi. Burada doğulub, amma ailəsi türkdür. Buna görə də təbii olaraq bir vaxt köklərinə dönmək istəyir. O, Türkiyə millisində çıxış etmək arzusundadır.”
Lüçesku yalnız Ümit Akdağla deyil, daha əvvəl Raul Florucz və Daniel Boloca kimi futbolçuları da Rumıniya millisində oynamağa razı salmağa çalışıb, lakin hər iki futbolçu bu təklifi rədd edib.
Ümit Akdağ bundan əvvəl Rumıniya U-21 yığmasının heyətində 10 oyuna çıxıb və 2 qol vurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm