"Mançester Siti" "Liverpul"la heç-heçə edib


"Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpul"la heç-heçə edib.

Trend-in məlumatına görə, Mançesterdə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Kevin de Bröyne (5-ci dəqiqə) və Qabriel Jezus (36) vurub. "Liverpul" komandasının heyətində qolları Dioqo Jota (13) və Sadio Mane (46) fərqlənib.