“Mançester Yunayted” Tofiq Bəhramovun fotosunu səsverməyə çıxardı - FOTO

“Mançester Yunayted”in rəsmi saytı “Old Trafford”un ətrafında yerləşdiriləcək yeni şəkillər üzrə səsvermə keçirir.
Şəkillər arasında 1968-ci il Çempionlar Kubokunun yarımfinal oyunu zamanı çəkilən Tofiq Bəhramovun görüntüləndiyi foto da var.
Həmyerlimizin şəklini “Old Trafford”da görmək istəyənlər aşağıdakı keçiddən istifadə etməklə səs verə bilərlər:
https://www.manutd.com/en/fans/yourunitedpic-europeannights?fbclid=IwAR1oZeRNNk62UK2_qKauDIoBiQFNRrjwnilq1F9KqMl_fpsYtnngfXLMHMM
Qeyd edək ki, şəkil “Real Madrid” – “Mançester Yunayted” arasında keçirilən cavab matçında çəkilib. Qarşılaşma 3:3 hesablı bərabərliklə bitib. Lakin ilk oyundakı minimal hesablı qələbə sayəsində finala məhz mankunianlar vəsiqə qazanıb və həmin mövsümdə turnirin qalibi olmağı bacarıblar.