Mbappe PSJ ilə müqaviləsini uzadıb

Fransanın "Pari Sen-Jermen" klubu hücumçusu Kilian Mbappe ilə müqaviləni uzadıb.

Trend xəbər verir ki, bu barədə klubun "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, 23 yaşlı hücumçu ilə müqavilə 2025-ci ilin yayına qədər uzadılıb.