MDB Oyunları: Sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb
16:49 04.09.2021
İdman
478
Azərbaycanın daha iki sərbəst güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan İslam İlyasov və 125 kq-da yarışan Aydın Əhmədov finalda uduzaraq gümüş medal qazanıb.
Beləliklə, Azərbaycanın sərbəst güləş millisi yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 6 qızıl, 4 gümüş və 11 bürünc medal var.
19:50
Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 6-cı qızıl medalıdır.
Qeyd edək ki, hazırda ölkənin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var.
19:36
Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 5-ci qızıl medalıdır.
Qeyd edək ki, hazırda ölkənin aktivində 5 qızıl, 2 gümüş və 11 bürünc medal var.
19:29
Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarının qalibi olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 4-cü qızıl medalıdır.
Qeyd edək ki, hazırda ölkənin aktivində 4 qızıl, 2 gümüş və 11 bürünc medal var.
19:01
Azərbaycanın daha bir sərbəst güləşçisi Sabir Cəfərov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medala sahib çıxıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 11 bürünc medal var.
18:33
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın 10 sərbəst güləşçisi yarışda mübarizəyə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm