"Messi və Mbappe böyük oyunçulardır" - Maurisio Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçuları Kilian Mbappe və Lionel Messi haqqında danışıb.

Sherg.az qol.az-a istinadən xəbər verir ki, o, "RMC Sport"a açıqlamasında sözügedən hücumçulardan razı qaldığını deyib:

"Biz Lionelin məşqdəki davranışlarından çox razıyıq. O, yaxşı iş görür. Vəzifələrinin öhdəsindən gəlməyi bacarır. Eyni şeyi Kiliana da aid edirəm. Onların əlaqəsi yaranmağa başlayır. Messi və Mbape çox böyük oyunçulardır".