"2026 Milano-Cortina" Qış Olimpiya Oyunları zamanı niderlandlı sürət konkisürəni Jutta Leerdam möhtəşəm çıxışı ilə yadda qalıb.
Qadınlar arasında 1000 metr məsafəyə yarışda finiş xəttini 1 dəqiqə 12,31 saniyəyə keçən Leerdam qızıl medal qazanaraq Olimpiya rekorduna imza atıb. Altıqat dünya çempionu olan idmançı son yarışında da ən yaxşı nəticəni göstərib.
Sherg.az xəbər verir ki, qələbədən sonra Leerdam formasının fermuarını açaraq Nike markalı atletini nümayiş etdirib. Bu görüntü sosial mediada 6 milyondan çox baxış toplayıb və böyük reklam müqaviləsi ilə nəticələnib.
Məlumata görə, 27 yaşlı idmançı həmin paylaşım sayəsində 1 milyon dollardan artıq gəlir əldə edib.
Leerdam sevincini belə ifadə edib:
“Bu, həqiqətən də bir arzunun gerçəkləşməsidir. Finişi keçdikdən sonra çox təəccübləndim, çox yorğun və emosional idim. Çətin olacağını bilirdim, çünki Femke Kok çox yaxşı nəticə göstərmişdi.”