Murad Musayev: "Hər bir nəticəyə görə mən cavabdehəm"
Yusif Nəzərli
18:51 04.12.2021
İdman
456
"Rəqib bütün komponentlərdə güclü idi və layiqli qələbə qazandı. Belə demək olarsa, onlara çox hörmət etdik və uduzduq".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki,Ağdam təmsilçisi yaxşı təşkil olunmuş, hücum futboluna üstünlük verən komandadır: "Mövqe dəyişikliklərindən yararlana, matçı kəskinləşdirə bilirlər. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara malikdirlər. Cinah oyunçuları xüsusən fəaldır".
38 yaşlı baş məşqçi komandanı gücləndirmək istədiklərini söyləyib: "Hər dəfə eyni sual verilir. Dünyada heç bir baş məşqçi indidən bunu deyə bilməz. Bir neçə oyunçu almaq istərdik. Amma indi bunu demək çətindir".
Musayev məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Neftçi" və ya "Keşlə" ilə oyunlarda "Sabah"da hansı işləri gördüyümüz bilinmədi? Siz mətbuat nümayəndərlərisiniz, özünüz qiymət verə bilərsiniz. Bu oyunla bağlı suallarınız varmı? İndidən qiymət verirsiniz? Bu gün uduzmuşamsa, hər bir nəticəyə görə mən cavabdehəm".
O, müdafiədə Şpiro Periiçə şans verməməsinin səbəbini də açıqlayıb: "Son 3 oyunda Bəxtiyar Həsənalızadə və Zurab Oçiqava oynadı, 3 qələbə qazandıq. Müdafiə kimi həssas mövqedə dəyişiklik etmək istəmədik. Ona görə də Perişiç çıxış etmədi"
Musayevin sözlərinə görə, "Qarabağ"la oyun "Sabah"a ilk növbədə psixoloji problem yaradırdı: "Bu komandaya qalib gəlmək çox çətindir. Nə qədər fərdi mübarizələri uduzduq. Psixoloji problemlərlə yanaşı, rəqibin də gücünü nəzərə almalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya