"Neftçi" rəsmisi: Çempionluğa namizədlərdən biriyik
14:46 13.08.2025
İdman
285
"İlk növbədə Azərbaycan mətbuatının 150 illiyi münasibətilə sizi təbrik edirik. Ölkə idmanına verdiyiniz töhfələr, gördüyünüz işlər çox dəyərlidir. Keçən mövsüm böyük zəhmət sərf etdiniz. Əminik ki, bu mövsüm də eyni əzmlə çalışaraq daha böyük uğurlar qazanacaqsınız".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi" Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.
Türkiyəli funksionerin sözlərinə görə, Azərbaycan klubları Premyer Liqa, ölkə kuboku və Avropa arenasında ciddi mübarizə aparacaqlar: "Bu prosesdə nümayiş etdirdiyiniz əzm və fədakarlıq təqdirəlayiqdir. Bir idman adamı kimi bütün səylərinizə görə təşəkkürümü bildirirəm".
Sümer "Neftçi"də gördükləri işlərə də diqqət çəkib: "Biz də yeni mövsümə şənbə günü keçirəcəyimiz qarşılaşma ilə start verəcəyik. Keçən il müəyyən çətinliklərlə üzləşsək də, mühüm addımlar atdıq, bazamızı tamamlamağa nail olduq. Transferləri baş məşqçimizin tələblərinə uyğun şəkildə həyata keçirdik. Əhəmiyyətli futbolçular komandamıza qoşuldu və onların həm klubumuza, həm də Azərbaycan futboluna faydalı olacağına inanırıq. Baş məşqçimiz, texniki heyətimiz, futbolçularımız və rəhbərliyimizlə birlikdə uğurlu mövsüm keçirmək üçün bir amal ətrafında birləşmişik. İnanırıq ki, xeyirli və uğurlu bir mövsüm yaşayacağıq".
O, hədəflərdən də danışıb: “Çempionluğa namizədlərdən biriyik. “Neftçi” camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik”.
Qeyd edək ki, "Neftçi" avqustun 16-da "Şamaxı"nı qəbul edəcək. "Neftçi Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə
Tramp Çinə səfərinin nəticəsində “böyük işlər” vəd etdi
11:14 12.05.2026
Gündəm