"Neftçi" və "Sabah" klubları basketbol çempionatında çıxış edə bilər
Yusif Nəzərli
08:44 17.05.2022
İdman
358
"Qeyri-adi bir şey baş verməsə, Azərbaycan çempionatına oktyabrda başlamağı planlaşdırırıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.
O, hazırda "Sabah" və "Neftçi" klublarının çempionatda iştiraka maraqlı olduqlarını bildirib: "İctimaiyyət də başa düşməlidir ki, həm klublar, həm də federasiya üçün bu proses yenidir. Ortaq məxrəcə gəlmək lazımdır. Bir-birindən fərqli komandalardan ibarət çempionat yaratmaq istəmirik. Çempionata ənənəvi komandalar - NTD və "Xırdalan" da qatıla bilər".
Əmrullayev Naxçıvan, Gəncə, Lənkəran və Quba komandalarının da Azərbaycan Super Liqasına qatılmasının mümkünlüyünü söyləyib: "Buradakı komandaları çempionata dəvət etmək üçün infrastruktur olmalıdır. Veriləcək qərarlardan sonra komandaların sayı bəlli olacaq. Minumum 6, maksimum 8 komanda ilə Azərbaycan Super Liqasına başlaya bilsək, çox yaxşı olar. Aşağı liqaları da təşkil etmək istəyirik ki, gələcəkdə Superliqada komandaların sayını artıraq".
ABF rəhbəri hazırda federasiyanın maliyyələşməsi ilə bağlı modellər üzərində işlədiklərini diqqətə çatdırıb: "Dayanıqlı maliyyələşmə qurmaq niyyətindəyik. Federasiya olaraq iki maliyyələşmə alətini düşünürük. Bunlardan biri universitetlərlə bağlıdır. Bir çox ölkələrdəki basketbolçular həm tələbə həyatı yaşayır, həm də peşəkar idmanla məşğul olur. Bu səbəbdən, tələbə təqaüdlərindən aktiv istifadə etməyi düşünürük. Məncə, universitet komandalarına aşağı və gənc yaşlı basketbolçuları cəlb etməliyik. Bu, universitet üçün də daha yaxşı tanınma və gələcəkdə daha çox tələbə əldə etmək imkanı verir. Bunun maliyyə modellerini hazırda hazırlayırıq. Çempionatın keçirilməsi zamanı sponsorluq, reklam gəlirlərini federasiya və ya klubların hansı formada toplaması, paylaması prosesdurlarını hazırlamağı düşünürük. Məncə, basketbol özünü maliyyələşdirən və kənardan dəstək alan idman növü olmalıdır. Yanaşmamız odur ki, federasiyadan müəyyən klublara maliyyə insentivləri veriləcək. Klubların marağında olmalıdır ki, onlar yüksək liqada qalsınlar və maaşları ödəyə bilsinlər. Tək bununla çətin olacaq, digər maliyyə mənbələrə də baxır, araşdırırıq".
Əmrullayev qanuni mərc oyunlarının sponsorluğunun müzakirə olunduğunu sözlərinə əlavə edib: "Amma səmimi danışsam, bu, ilkin mərhələdə müzakirə mövzusu deyil. Çünki biz ilk addımda bunu mərc oyunlarına çevirmək istəmirik. İdman prinsiplərini qorumaq niyyətindəyik. Amma "mümkün deyil" demirəm. Ola bilər. Şəxsi fikrimi soruşursunuzsa, düşünürəm ki, bu mərhələyə də yavaş-yavaş getməliyik".
Federasiya prezidenti "NBA Junior" modelinin də müzakirə mövsuzu olduğunu vurğulayıb: "Bunu gündəlikdən kənara atmamışıq. Dekabrda federasiyadakı dəyişikliklərdən sonra da pandemiya ilə bağlı qeyri-müəyyənliklər var idi. Bizim uşaq basketbolunun inkişafının mahiyyəti daha çox milli komandaya peşəkar idmançı yetişdirməkdir. Federasiya olaraq bizim üçün basketbolun sosial olması da olduqca vacib məsələdir. Qızların və regionlarda olan uşaqların bu idman növünə cəlb edilməsi önəmlidir. Söhbət həmişə peşəkar basketboldan getməyəcək. Müxtəlif turnirlər olacaq ki, həvəskar komandalar burada iştirak edə biləcəklər".
Qurumun rəhbəri son olaraq Gürcüstan, Türkiyə və Mərkəzi Asiya təmsilçilərinin iştirakı ilə "İpək Yolu" turnirinin keçirilməsinin gündəmdə olduğunu sözlərinə əlavə edib: "Özümüzə uyğun liqanın gələcəkdə olması barədə danışıqlar aparılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya