Niderland çempionu olan futbolçu 7 il müddətinə həbs edilib
14:28 12.08.2025
İdman
278
Niderlandın "Tvente" klubu ilə 2010-cu ildə ölkə çempionu olan Ronni Stam narkotik alveri və çirkli pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" "NU"-ya istinadən xəbər verir ki, 41 yaşlı sabiq müdafiəçiyə qarşı hökm bu gün Breda məhkəməsi tərəfindən verilib.
Mənbənin məlumatına görə, o, 700 kiloqram kokain qaçaqmalçılığı ilə məşğul olub. Cəza prokurorluğun tələb etdiyi 13 il həbsdən yüngül olub. Məhkəmə müəyyən edib ki, bütün ittihamlar sübuta yetirilməyib.
Stamın qardaşı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. O, gizlənir və Dubayda olduğu güman edilir. O, əvvəllər də oxşar cinayətlərə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qardaşlar 2020 və 2021-ci illərdə narkotik qaçaqmalçılığı ilə məşğul olublar. 2024-cü il, iyunun 10-da isə saxlanıblar.
Qeyd edək ki, Ronni Stam əvvəllər Niderlandın "NAC Breda" və "Tvente", İngiltərənin "Uiqan" və Belçikanın "Standard" komandalarının formasını geyinib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə
Tramp Çinə səfərinin nəticəsində “böyük işlər” vəd etdi
11:14 12.05.2026
Gündəm