PSJ Navası bir şərtlə sata bilər

PSJ-nin qapıçısı Keylor Navas yay transfer pəncərəsində klubunu dəyişə bilər. 

Qol.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi onu  yüksək səviyyəli qapıçı hesab edir. Ancaq PSJ bir şərtlə - kluba yaxşı təklif gəlsə, Navası satmağa hazırdır. Hazırda "Napoli" Keylor Navas üçün danışıqlar aparır. 

Qeyd edək ki, PSJ-nin yeni mövsüm əsas qapıçısı Canluici Donnarumma olacaq.