UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Liverpul" oyununun hakimi müəyyənləşib.
Sherg.az xəbər verir ki, çətin qarşılaşma fransız hakim Klement Turpenə həvalə olunub.
"Sarı-qırmızılı" komanda Çempionlar Liqasındakı ikinci oyununa çıxır. Qrup mərhələsindəki ilk görüşünü "Frankfurt"la keçirən "Qalatasaray" meydandan 1–5 hesabı ilə məğlub ayrılmışdı. İkinci oyunu isə evdə keçirəcək "sarı-qırmızılılar" ilk 3 xalını qazanmaq üçün mübarizə aparacaq.
Matç 30 sentyabr, çərşənbə axşamı, Türkiyə vaxtı ilə saat 22:00-da keçiriləcək və TRT 1 kanalında canlı yayımlanacaq.