“Qarabağ” “Ferenstvaroş”la oyundan əvvəl azarkeşlərə səsləndi
“Qarabağ” “Ferenstvaroş”la oyundan əvvəl azarkeşlərə səsləndi
Yusif Nəzərli
11:19 30.07.2022
İdman
444
“Qarabağ” Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Bu barədə klubun rəsmi “Facebook” hesabında paylaşım edilib.
Bildirilib ki, “köhlən atlar”ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib. Biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır:
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında daha əvvəl səlahiyyətlərin tam olaraq “iTicket” şirkətinə məxsus olmadığını söyləyib:
“Klubumuz tərəfindən dəvətnamələrin paylanılması səlahiyyəti bizdə idi. Azarkeşlərin və müraciət edənlərin istəyini başa düşürdük və onları biletlə təmin etməkdə əlimizdən gələn köməkliyi göstərməyə çalışırdıq. 30 min bilet satışa çıxırdısa, onun 1/3-i, bəzən isə 1/2-i dəvətnamə olaraq paylanılıb. Bu da müqaviləmiz olan “iTicket”in işinə və bilet satışına təsir edirdi. Bütün bunları nəzərə alaraq həm dəvətnamələr, həm də satışa çıxarılan biletlərlə bağlı bütün səlahiyyətlər “iTicket” şirkətinə həvalə olunub”.
Qeyd edək ki, “Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm