"Qarabağ"ın 3 futbolçusu "Neftçi" ilə oyunu buraxacaq


"Qarabağ" səfərdə "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına ciddi itkilərlə çıxacaq.

Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, "köhlən atlar"ın heyətində zədəlilər - Şahruddin Məhəmmədəliyev və Xayme Romero ilə yanaşı, Patrik Andrade də oynaya bilməyəcək. Sarı vərəqə limitini dolduran 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi cəzalı olduğu üçün vacib oyunu buraxacaq.

"Neftçi"də isə əvəzedici heyətə göndərilmiş Mirbadulla Abbasovu nəzərə almasaq, heç bir itki yoxdur.

Qeyd edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq.