"Qarabağ"ın rəqibləri bəlli oldu - "Çelsi",  "Liverpul"...

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibi müəyyənləşib.

Axar.az xəbər verir ki, "köhlən atlar"ın ilk rəqibi "Çelsi" (İngiltərə) komandası olub.

"Qarabağ"ın ikinci rəqibi isə "Liverpul"dur.

“Qarabağ”ın digər rəqibləri “Benfika” və “Frankfurt” komandalarıdır.

"Qarabağ"ın Çempionlar Liqasındaki beşinci və altıncı rəqibi müvafiq olaraq "Ayaks" və "Napoli" olub.

Qeyd edək ki, "Çelsi", "Ayaks" və "Frankfurt"la matçlar Bakıda, digər üç matç isə səfərdə baş tutacaq.