"Qəbələ"nin futbolçusu cəzalı duruma düşüb

"Qəbələ"nin futbolçusu Rövlan Muradov cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, buna 24 yaşlı yarımmüdafiəçinin evdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XXIV tur matçında sarı vərəqə görməsi səbəb olub.

Filip Ozobiçə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan oyunçu "Zirə"yə qarşı XXV tur görüşünü buraxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" qarşılaşmasında ilk hissə oynanılır və qonaqlar İbrahima Vadjinin vurduğu qollarla hesabda öndədir - 2:0.