Qurban Qurbanovdan Çempionlar Liqası şərhi
19:26 27.08.2025
İdman
412
"Azarkeşlərimizə təşəkkür edirəm. Həmişəki kimi möhtəşəm idilər. Hamı görürdü ki, gərginlik var idi. Təbi ki, bu, məsuliyyətdən irəli gəlirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la Bakıdakı cavab matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
Ağdam təmsilçis görüşdə 2:3 hesabı ilə uduzsa da, ilk oyundakı 3:1 hesablı qələbəsi sayəsində Liqa mərhələsinə adlayıb.
Mütəxəssis özünün və komandasının uğurunu belə şərh edib: "Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə illərdir ki, bunu istəyirdik. Həm azarkeşlər, həm biz, həm xalqımız... Allah bizə nəsib etdi. Şükürlər olsun. Matçda məğlub olduq, daha yaxşı oyun göstərmək istəyirdik. Amma nəticə əlbəttə ki, sevindiricidir. Hər birinizi təbrik edirəm".
O, 2017-ci ildə ilk dəfə "Qarabağ"ı ÇL-in qrup mərhələsinə aparan pley-off matçları ilə budəfəki pley-off görüşlərini də müqayisə edib: "Düzünü desəm, mən fikirləşirdim ki, ilk dəfə qrupa düşdüyümüz vaxt pley-off oyunları daha gərgin keçib. Amma bu gün gərginlik daha çox idi. Hətta gözlədiyimdən də çox idi. Bu, oyunun ilk hissələrindən də hiss olunurdu. İlk görüşdəki 3:1 hesablı qələbədən sonra hamı deyirdi, danışırdı ki, biz ÇL-in qrupuna düşəcəyik. Amma futbolda hər şey ola bilər".
Q.Qurbanov oyundan əvvəl futbolçularına necə motivasiya verdiyini də açıqlayıb: "Çalışdım ki, onları sakitləşdirəm. Lakin özüm də daxil olmaqla futbolçularda, hər kəsdə gərginliyi hiss edirdim. Çünki nə olur-olsun məsuliyyət mənim üzərimdə idi. Çalışdım ki, soyuqqanlı davranım. Amma ola bilər ki, özümü tam ələ ala bilməmişdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət