Rafael Ağayevin Olimpiadada iştirakı rəsmiləşdi
07:46 26.05.2021
İdman
470
Azərbaycanın Tokio Yay Olimpiya Oyunlarına daha iki lisenziyası rəsmiləşib.
Oxu.Az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatından sonra Olimpiadaya ilk 40 vəsiqənin sahibini açıqlayıb.
Azərbaycanın dünya çempionları – Rafael Ağayevlə (-75 kq) İrina Zaretskayanın da (+61 kq) lisenziyası rəsmiləşib. Rafael bu nəticəyə reytinqdə üçüncü, İrina isə birinci olmaqla nail olub. Qeyd edək ki, ümumilikdə Olimpiadada 80 karateçi (40 kişi və 40 qadın) mübarizə aparacaq. Digər 40 karateçidən 24-nün adı 11-13 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Təsnifat Turnirində bilinəcək. Digər yerlər isə bölüşdürüləcək. 12 əlavə vəsiqə qitə təmsilçiliyinə əsasən sahibini tapacaq. Son 4 lisenziya isə Üçtərəfli Komissiyanın rəyinə əsasən dəvətnamə şəklində (“wild card”) təqdim ediləcək.
Onu da bildirək ki, bununla da Azərbaycanın Olimpiadaya 22 və 23-cü lisenziyası rəsmiləşib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm