Rafiq Hüseynov: "Mənim üçün bundan böyük qələbə yoxdur"
11:43 03.08.2021
İdman
469
"Çox sevinirəm ki, nəhayət, olimpiya medalını aldım. Çoxdankı arzum idi. Bilirsiniz ki, bütün medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadaya qatılıb, medal qazandım".
"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.
3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn Avropa çempionu rəqiblərinə fərq qoymadığını bildirib: "Bu, idmanda düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman olursan. Onda belə çıxır ki, uduzanda gərək, xalq düşməni olasan. Əsas odur ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir".
Olimpiadadakı çıxışını dəyərləndirən Hüseynov ilk görüşünün ağır keçdiyini söyləyib: "Bildiyiniz kimi, son dünya ikincisi isveçli Aleks Kessidislə qarşılaşdım. Olimpiya oyunlarının qaydalarına əsasən, 1/8 finaldan dərhal sonra 1/4 final görüşü başlayır. Döşəkdən çıxdım, 3 qarşılaşmadan sonra yenə qayıtdım. İkinci rəqibim olan qırğızıstanlı Akjol Mahmudov da zəif deyildi. Bərpa oluna bilmədim. Onun ilk görüşü yüngül idi. Tunisli idmançı ilə qarşılaşmış, vaxtından əvvəl qələbə qazanmışdı. Ona görə dünənki görüşlərim istədiyim kimi alınmadı. Bu gün səhvimi düzəltməyə çalışdım".
O, bürünc medalın "qızıl"ın yerini vermədiyini vurğulayıb: "Amma əsas komandaya medal qazandırmaqdır. Bilirsiniz ki, güləşçilərdən çox şey gözləyirlər. Xalqımızın dediyi kimi, ağır artilleriyamız, xüsusi təyinatlılarımızın görüşləri hələ qarşıdadır. Hacı Əliyev, Şərif Şərifov, Turan Bayramov, Mariya Stadnikin də medal qazanmalarını gözləyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region