Ronaldonu İrəvanda belə qarşıladılar - VİDEO

Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistanla oyun üçün İrəvana gəlib.

Publika.az xəbər verir ki, qısa müddətdə şəhərin əsas ulduzuna çevrilən Ronaldo da millinin heyətindədir.

Yerevan hava limanında yerli azarkeşlər onu coşqun qarşılayıblar.

Kriştiano son 10 ildə ilk dəfə Ermənistana gəlib. 2015-ci ildə komandalar İrəvanda qarşılaşıblar. Avro 2016-nın seçmə mərhələsində keçirilən oyunda Ronaldo het-trik edərək komandasına 3:2 hesablı qələbə qazandırmışdı.