Rövnəq Abdullayev Tokio Olimpiadasına yollanacaq cüdoçularla görüşdü
19:30 12.07.2021
İdman
587
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Federasiya prezidenti Tokio olimpiadasında ölkəmizi təmsil edəcək doqquz cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.
Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçularımızın ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempioanatı, “Böyük Dəbilqə”, “Qran-Pri” turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıb.
Məşqçilər ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib.
Mütəxəssis cüdoçularımızın olimpiada da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb. Millinin kapitanı Nicat Şıxəlizadə, Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçumuz Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov və Sadıq Sadıqov baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında 9 cüdoçu - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90kq), Zelim Kotsoyev (100kq), Kokauri Uşangi (100+kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək. Cüdoçularımız Tokioya İyulun 14-ü və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi