"Sabah" basketbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazanıb

"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.

Bu, "bayquşlar"ın Çempionlar Liqasındakı ilk qələbəsi olub.

Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.