"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
"Report"un məlumatına görə, Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncü olub.