"Sabah"ın legioneri "Qarabağ"la oyunda sıradan çıxıb

"Sabah" klubunun futbolçusu Xuan Kamara zədələnib.

"Report"un məlumatına görə, ispaniyalı yarımmüdafiəçi səfərdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XXV tur matçında sıradan çıxıb.

Ayağından xəsarət alan 28 yaşlı oyunçu 35-ci dəqiqədə Ceyhun Nuriyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.