Samir Abasov: "Keyfiyyətdə rəqibə uduzduq
Yusif Nəzərli
18:00 30.10.2021
İdman
602
"Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Oyuna pis başlamadıq. Hətta qol şansı da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis keyfiyyətdə rəqibə uduzduqlarını etiraf edib: "Rəqibin futbolçuları əllərinə düşən fürsətlərdən yararlandı. Səviyyə fərqi həddindən artıq görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Keyfiyyət öz sözünü dedi. Oyunçuların arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra danışmalısan.
Abasov yerli oyunçuların bu cür oyunlara cavab vermədiyini söyləyib: "Emin Mahmudov buna istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır".
Baş məşqçi rəqibin gücləndiyini sözlərinə əlavə edib: "Burada "Neftçi"nin də rolu olub. Azarkeşlər yaxşı abu-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularınmız tələblərimizə cavab vermir. Heç nəyi gizlətmək lazım deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm