Şəhriyar Məmmədyarovun rəqibləri arasında 13 yaşlı şahmatçı da var - FOTO
Şəhriyar Məmmədyarovun rəqibləri arasında 13 yaşlı şahmatçı da var - FOTO
Yusif Nəzərli
08:37 18.05.2022
İdman
314
Şahmat üzrə Çempionlar Turu yarışının IV mərhələsinin iştirakçıları bilinib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycandan Şəhriyar Məmmədyarovun qatılacağı yarış “Chessable Masters” (“Şahmat ustaları”) adlanır. Bu yarışda dünyanın ən gənc qrosmeysteri, əslən hindli olan ABŞ təmsilçisi 13 yaşlı Abhimanyu Mişra da çıxış edəcək.
Beləliklə, Şəhriyarın rəqibləri bu 15 şahmatçı olacaq: Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Dinq Liren, Vey İ (hər ikisi Çin), Vidit Qucrati, Pentala Harikrişna, Rameşbabu Praqanandaa (hər üçü Hindistan), Yorden fan Foreest, Aniş Qiri (hər ikisi Niderland), David Anton (İspaniya), Sem Şənklənd, Abhimanyu Mişra (hər ikisi ABŞ), Qaveyn Cons (İngiltərə), Nils Qrandelius (İsveç), Erik Hansen (Kanada).
Sabah başlayacaq yarışda I-IV turlar, mayın 20-də V-VIII turlar, mayın 21-də IX-XII turlar, mayın 22-də XIII-XV turlar, mayın 23-də 1/4 finallar, mayın 24-də yarımfinallar, mayın 25-i və 26-da isə final matçları keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 150 min dollar olacaq. Qalibə 25 min, finalçıya 15 min, yarımfinalçılara 6 min 1/4 finalçılara 2 min dollar veriləcək. Şahmatçılar ilkin mərhələdə isə hər qələbəyə görə 750, heç-heçəyə görə 250 dollar alacaq.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda altıncı sıradadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya