Son "Tottenhem"dən ayrıldığını açıqladı: "Fənərbaxça" da maraqlanmışdı

İngiltərənin “Tottenhem” klubunun kapitanı, Cənubi Koreyalı ulduz futbolçu Heungmin Son, bu yay komandadan ayrılacağını rəsmi olaraq açıqlayıb.

Sherg.az xəbər verir ki, Son, Cənubi Koreyada “Nyukasl” ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil etdiyi mətbuat konfransında ayrılıq qərarını açıqlayıb və göz yaşlarını saxlaya bilməyib.

Bir vaxtlar "Fənərbaxça" da onu transfer etmək istəsə də, Sonun ABŞ-a getmək istədiyi bildirilir. "Sky Sports"a görə, "Los Angeles FC" onu heyətinə qatmaq niyyətindədir.

Son “Tottenhem”de keçirdiyi 454 oyunda 173 qol və 101 asistlə yadda qalıb.