"Sumqayıt"a əcnəbi baş məşqçi təyin olunub
Yusif Nəzərli
08:35 30.12.2021
İdman
1763
Aleksey Baqa "Sumqayıt” futbol komandasına baş məşqçisi təyin olunub.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.
Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa “Jalgiris”ə 2020-ci ildə Litva, "Şaaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan “Aktobe”sinin də baş məşqçisi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm