Tofiq Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti seçilib
Yusif Nəzərli
13:19 03.08.2022
İdman
677
3 avqust 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"-un növbəti iclası keçirilib. Klub rəhbərliyinin qərarına əsasən MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuş Tofiq Teymur oğlu Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti vəzifəsinə təyin edilib.
T. Musayev 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 12 yaşında karate ilə məşğul olmağa başlayan idmançı 23 yaşında peşəkar döyüş sənətində debüt edib.
2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Tofiq, Kunq-fu və Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub. O, 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına daxil olub. Bundan başqa 2019-cu ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan “Rizin Fighting Federation”-un təşkil etdiyi Rizin Qran-prisinin qalibi olub.
Bir neçə gün öncə dünyanın iki ən məşhur turnirindən biri olan "Bellator 283" turniri çərçivəsində amerikalı rəqibi Sidney Outlavı döyüşün 27-ci saniyəsində nokaut edərək qələbə qazanıb.
Qeyd edək ki, Tofiq Musayev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib.
Prezident İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm