UEFA – dan qərar: Oyunlar neytral stadionda keçiriləcək

Belarus milli komandası və klubları ev oyunlarını neytral stadionda və tamaşaçısız keçirəcək. Bu barədə "Sherg.az" "Trthaber"ə istinadən xəbər verir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Belarusun dəstəyi ilə toplanan UEFA İcraiyyə Komitəsi Belarus klubları və millisinin bundan sonra ev oyunlarını neytral stadionda keçirməsinə qərar verib.
Açıqlamada Belarus komandalarının ev sahibliyi etdiyi yarışlara tamaşaçıların buraxılmayacağı qeyd edilib.

Xanlar ƏLİBƏY