Uşaqlar depressiyaya düşüb, kökəlirdilər
06:13 28.05.2021
İdman
526
İdman zallarının açılmasına ən çox Elnur Məmmədli sevinib
Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd olunub ki, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.
Sözügedən mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, idman zallarının açılması vacib idi:
"Mən idman zallarının açılmasını mühüm hadisə hesab edirəm. İdman zallarının açılması insanlarda immun sisteminin qaldırılmasına müsbət təsir edə bilər. Çünki uzun müddətdir ki, uşaqlar evdə oturublar və getdikcə passivləşirlər. Hətta depressiyaya düşür və kökəlirlər. Düzdür, idman zalları əsasən çox qapalı olduğu üçün bu, sağlamlığa təhlükə yarada bilər".
E.Məmmədli idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu olanların istifadə edə biləcəyi məsələsinə də toxunub:
"İdman edən hər bir kəsdə hərəkət zamanı nəfəsalma impulsivləşir və istər-istəməz çox nəfəs buraxıb, çox nəfəs alır. Bu zaman qapalı yerdə olduğu üçün əgər insan çoxdursa, kimlərinsə vasitəsilə virusa da yoluxma təhlükəsi çoxalır. Kim bilir ki, idman zalına daxil olanların hamısı sağlamdır. Buna görə də bu qərarı dəstəkləyirəm. Hesab edirəm ki, Baş nazirin imzaladığı bu qərar doğrudur. Düzdür, vaksinasiya müəyyən qədər vaxt alan bir prosesdir. Amma hər bir kəsin peyvənd olunması mütləqdir. Çünki bu virusa qarşı immunitetin formalaşmasında mühüm rol oynayır. Həmçinin bunun sayəsində əvvəlki həyatımıza daha tez qayıda bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm