Verdiyev finalda, üç güləşçimiz üçün "bürünc" şansı
17:49 14.06.2021
İdman
454
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.
"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı xalça üzərinə çıxıb.
48 kq-da Musa Verdiyev 1/4 finalda Moldova təmsilçisi Viktor Andriana heç bir şans verməyib - 10:0. Yarımfinalda ukraynalı Vitali Qonçara da eyni hesabla qalib gələn güləşçi finala yüksəlib. Onun həlledici görüşdəki rəqibi Amal Candubayev olacaq.
55 kq-dakı Sübhan Səfərli isə əvvəlcə Umut Sabriyev (Bolqarıstan), ardınca isə Aron Nikolovu (Makedoniya) məğlub edib. Yarımfinalda Ermənistan güləşçisi Andranik Avetisyana uduzan idmançı bürünc medal uğrunda Benjamin Boeyte (Rumıniya) / Anzor Məcidov (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.
65 kq çəki dərəcəsində yarışan Ümid Məmmədov təsnifat mərhələsində Bartlomey Novakovskiya (Polşa) 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda Giorgi Qoqritçiani (Gürcüstan) ilə bacarmayıb - 4:5.
80 kq-da mübarizə aparan Səttərxan Allahverdili də mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ardıcıl olaraq, Artyom Belavusov (Belarus), Radomir Stoyanov (Bolqarıstan) və Ruslan Yurşin (Rusiya) üzərində qələbə qazansa da, yarımfinalda Tornike Samxaradzeyə (Gürcüstan) məğlub olub. Allahverdilinin bürünc medal görüşündəki rəqibi Narek Qriqoryan (Ermənistan) / Eduan Koetze (Fransa) cütünün güclüsü olacaq.
110 kq-da Azay İsmayılov debütdə belaruslu Stepan Mandriki sonuncu xal prinsipinə əsasən üstələsə də, daha sonra Fransa güləşçisi Levan Laqvilava (Fransa) uduzub - 0:10. Lakin rəqibi finala yüksəldiyindən, o, təsəlliverici görüşdə Ralfs Lukinslə (Latviya) üz-üzə gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə