Veynaldum "Real"la oynamayacaq

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az xəbər verir ki, heyətdə Paris təmsilçisinin mövsümün əvvəlində "Liverpul"dan aldığı Corcinyo Veynalduma yer almayıb. Klub 31 yaşlı futbolçunu “Real”la oyunlar üçün UEFA-ya sifariş etməyib.

Qeyd edək ki, Veynaldum bu mövsüm PSJ ilə 25 oyunda 3 qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, PSJ ilə “Real” arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.