Azərbaycanla BMT arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
10:57 27.10.2025
Gündəm
374
Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.
Sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlı inkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılması istiqamətində birgə öhdəlikləri əks etdirir.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunu vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafı üçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərə çatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, bu istiqamətdə qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeyd edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. Tərəfdaşlığın davamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan Çərçivə Sənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərə əsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetləri, o cümlədən insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi istiqamətində səyləri ilə uzlaşdığı bildirilib.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobal fəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030 Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.
Tədbirdə həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçün firavanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region