Putin üçün Rusiyada ciddi problemlər yaranacaq
Yusif Nəzərli
22:16 03.03.2022
Siyasət
1598
İlk dəfədir ki, ölkə belə böyük ölçüdə iqtisadi təzyiqlərlə üzləşir
Əgər oliqarxların və xalqın etirazı genişmiqyaslı olarsa, hakimiyyətin devrilməsi reallaşacaq
Rusiyanın Ukraynaya təcavüzü genişlənir. Qərb ölkələrinin sanksiyaları ilə yanaşı, Moskvanın işğal siyasətinə rus ictimaiyyəti də etirazını bildirir. Rusiyanın bir neçə şəhərində etiraz aksiyaları polis tərəfindən sərt formada yatırılsa da, ruslar hökumətə qarşı şüarlar səsləndirməkdən çəkinmirlər. Sankt-Peterburqda küçələrə axışanlar “Biz müharibə istəmirik”, “Ukrayna bizim düşmənimiz deyil” kimi şüarlar səsləndiriblər. İştirakçılar indiki dövrdə müharibənin biabırçılıq olduğunu söyləyiblər. Polisin yüzlərlə aksiyaçını həbs etdiyi deyilir. Ekspertlərin fikrincə, müharibə uzanar, Rusiyaya qarşı sanksiyalar dərinləşərsə, “müharibəyə yox” deyənlərin sayı artacaq.
Rusiyadakı etirazların miqyasını “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, 23-cü ildir Vladimir Putin hakimiyyətdədir. Partiya rəhbərinin sözlərinə görə, Kreml rəhbəri ötən illər ərzində daha çox avtoritar rejim formalaşdırmağa üstünlük verib:
“Putin ona etiraz edən kifayət qədər ciddi qüvvələri sıradan çıxarıb. Faktiki olaraq Rusiyada Putinə qarşı çıxacaq siyasi təşkilat və ya fiqur yoxdur. Ukrayna ərazisinin işğalına başlanması və ölkənin hərtərəfli sanksiyalara, təzyiqlərə məruz qalması fonunda Rusiyanın müxtəlif şəhərlərində etirazlar baş qaldırdı. Narazı kütlənin əsasını rus oliqarxları təşkil edir. Milyardlara sahib rusiyalı iş adamlarına çox ciddi ziyan dəyib. Sanksiyalardan sonra rus biznesmenlərin bir çoxunun Avropadakı əmlakı, şirkətləri müsadirə olunub, bank hesablarına həbs qoyulub. Bu da oliqarxların nəhəng bizneslərinin çöküşü deməkdir. Əgər oliqarxların etiraz aksiyası davamlı, ciddi və genişmiqyaslı olarsa, xalqın da dəstəyini qazanarsa, Putin üçün problem yaranacaq. Hətta Kreml rəhbərinin hakimiyyətdən devrilməsi də reallaşar. Nəzərə alaq ki, Rusiya ilk dəfədir ki, belə böyük ölçüdə iqtisadi təzyiqlərlə üzləşib. Rusiya neft və qazını satmaqda çətinlik çəkir, böyük şirkətlər rus bazarından çıxır, xaricdəki bank hesabları dondurulur və s. Bütün bunlar isə birbaşa Putinin həyata keçirdiyi siyasətin nəticəsi kimi dəyərləndirilir”.
A.Əlizadə vurğulayıb ki, Ukraynada ölümə göndərilən rus əsgərlərinin yaxınlarının etirazları da hökumətə qarşı yönəlir:
“Kreml xalqı aldadırdı ki, guya, Ukraynada neonasistlər rus icmasını sıxışdırır. Həmçinin, NATO Ukrayna tərəfdən Rusiyaya çox ciddi təhdid yaradır və s. Rus cəmiyyəti bunların yalan olduğunun fərqinə vardı. Əgər Qərb Rusiyanı dayandırmaqda çətinlik çəkirsə, rus xalqı özü Putinə “dur” deməlidir. Putinin apardığı siyasət sadəcə Rusiyanın deyil, özünün də sonunu gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
14:18 18.11.2026
Dünya
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat