İspaniyanın Azərbaycanda səfirliyi təsis edilə bilər
Yusif Nəzərli
08:39 30.03.2023
Aktual
500
Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya işçi qrupun yaradılması, İspaniya Krallığının Azərbaycanda səfirliyinin təsis edilməsi məsələləri müzakirə olunub.
“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına səfəri çərçivəsində İspaniya Parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər komitəsinin rəhbəri Selso Luis Delgado Ars və Sənaye, ticarət və turizm komitəsinin rəhbəri Xuan Kapdevila ilə keçirilən görüşdə aparılıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran E. Əliyev ispan parlamentarilərə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verib, qarşılıqlı ticarət dövriyyəsinin həcminin 1 milyard ABŞ dollardan çox təşkil etdiyini, İspaniyanın Azərbaycanın əsas 10 ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün real imkanlar mövcuddur. Görüşdə, həmçinin, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Deputatlar Konqresinin komitə rəhbərləri ölkələrinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, əlaqələrin daha da intensivləşdirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda İspaniyanın nümayəndəliyi fəaliyyət göstərir, viza üçün təqdim olunan müraciətlərə isə Fransa səfirliyi tərəfindən baxılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya