Samvel Babayan Qarabağdan qaçıb
02:31 28.09.2023
Gündəm
567
Bu hadisə Qarabağda qalan separatçıların keçmiş “rəhbərlər”i üçün problem yaradacaq
Qarabağ separatçılarının "keçmiş müdafiə naziri", xuntanın qondarma "deputatı" Samvel Babayan Qarabağdan qaçıb. Babayan Xankəndidən İrəvana qaçmağa nail olduqdan sonra sensasion bəyanatlarla çıxış edib. O, qondarma rejimin “deputatlarının”, o cümlədən Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və Samvel Şahramanyanın məhkəmə qarşısına çıxarılmalı olduqlarını bildirib. Bildirib ki, əgər bu şəxslər Azərbaycan hüquq-mühafizə orqanlarından yayınmağa və İrəvana qaçmağa nail olarlarsa, Ermənistanda onlar məsuliyyətə cəlb edilməlidir: “Bu cinayətkarlar cavab verməlidirlər, Ermənistan Respublikasının ərazisinə daxil olan kimi onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”. Babayan iddia edib ki, ermənilərin mədəni muxtariyyətini saxlamaq üçün Bakı ilə danışıqlar aparmağa çalışıb və 23 bənddən ibarət sənəd hazırlayıb. O, guya bu sənədə Azərbaycanın razılaşdığını da bildirib: “Biz Qarabağ ərazisində muxtariyyət yarada bilərdik, 4400 kv.km ərazidə öz mühafizəmiz ola bilərdi. Bu insanlar istəmədi. Mən vasitəçilik yolu ilə danışıqlar apardım, Azərbaycan razılaşacaqdı”. Buna baxmayaraq, Samvel Babayan heç bir rəsmi görüşə buraxılmadığı, müzakirələrə dəvət edilmədiyini də bildirib. Buradan da aydın olur ki, onun “Azərbaycan razılaşacaqdı” iddiası Qarabağın separatçı-terrorçularına qarşı hücumudur. Məlumat üçün bildirək ki, S.Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib. 2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb. O, son vaxtlaradək Xankəndidə "Vahid Vətən" adlı qondarma partiyaya rəhbərlik edirdi. Onu da xatırladaq ki, həqiqətən də, Samvel Babayan 44 günlük müharibədən sonra Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya olunmağının tərəfdarı kimi çox hiyləgər bir planla çıxış edirdi. Bildirirdi ki, inteqrasiyaya razılaşırlar və separatçı qurum özünü buraxır, əvəzində Azərbaycandan müəyyən müstəsna hüquqlar ala bilərlər. Ancaq 10 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Qarabağda bir ovuc erməniyə heç bir status verilməyəcəyini rəsmən elan etmişdi və bu mövqeyini dəfələrlə təkrarlamışdı. Buna görə də Babayanın hazırladığı “plan” yalnız daxili çəkişmələrdə istifadə edilirdi.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, görünür, Samvel Babayan Ermənistana qayıdan Ağdərədəki ermənilərin maşın karvanında Laçın sərhəd-keçid məntəqəsini keçə bilib. Ekspertin sözlərinə görə, Babayan qarışıqlıqdan istifadə edərək, sadə erməni sakinlərin arasından keçməyə nail olub: "Lakin bu, Qarabağda qalan separatçıların keçmiş “rəhbərlər”inin qaçması üçün problem yaradacaq. Çünki onun açıqlaması Laçın postunda nəzarət tədbirlərinin gücləndirilməsinə səbəb ola bilər. Babayanın məqsədinin də bu olduğu istisna deyil. Onun Qarabağdakı digər separatçılarla münasibətləri kəskin idi. Hətta “mafiya hesablaşması” belə aparırdılar və bu qarşıdurmanın Ermənistanda da davam edəcəyi gözlənilir. Bako Saakyan, Arkadi Qukasyan kimi separatçılar Ermənistana gedə bilsələr, keçmiş “Qarabağ klanı” ətrafında Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlar. Bunu nə Nikol, nə də onunla işləyən Samvel istəyir. Babayan onların Azərbaycandan çıxışının qarşısını almaq üçün, belə demək mümkünsə, Bakıya “postda nəzarəti gücləndirin” mesajı ötürür”.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm