
Sülhü əngəlləyənlərdən biri saxlanıldı - RƏY
04:39 28.09.2023
Gündəm
535
Vardanyan saxlanılıb, Bakıya gətirilib Qarabağda sülhyaratma prosesini əngəlləyən bir nömrəli şəxsə 15 ildən çox cəza verilə bilər
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində separatçı Ruben Vardanyan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Vardanyan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. Məlumat üçün bildirək ki, erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışıb və Rusiya vətəndaşlığından imtina edib. Rusiya Vardanyanın saxlanmasına münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu barədə heç nə deyə bilməz: "Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə, saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı, bilmirəm”. Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq. Xatırladaq ki, bir müddət əvvəl Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında, insanlarımıza qarşı qətl və işgəncələrdə fəal iştirak etmiş terrorçu Vaqif Xaçaturyan da Laçın yolunda saxlanılaraq Bakıya gətirilib.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığı yoxdur. Analitikin sözlərinə görə, Vardanyan özü bunu dəfələrlə bəyan edib ki, Rusiya vətəndaşlığından çıxıb:

"Ruben Vardanyan əslən qarabağlı olsa da, özü Qarabağda doğulmayıb və heç vaxt Azərbaycan vətəndaşı olmayıb. Yəni sadəcə olaraq kənardan qanunsuz ölkəmizə gələn birisidir. Onun saxlanılması və törətdiyi qanunsuz əməllərə görə cavab verməsi qaçılmaz idi. Vardanyan Qarabağda sülhyaratma prosesini əngəlləyən bir nömrəli şəxsə çevrilmişdi. Erməni sakinlər Azərbaycana reinteqrasiya olunmaq istəyirdi və bu istiqamətdə müəyyən işlər görülürdü. Amma R.Vardanyan gələndən sonra aləm qarışdı. Bu şəxs Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında, yəni Qarabağ ərazisində təbii sərvətlərin talanmasında da iştirak edib. Ona görə də Vardanyana qarşı haqlı iddialarımız var. Əgər Rusiya vətəndaşlığı olsaydı, Moskva onun müdafiəsi ilə məşğul ola bilərdi".
A.Həsrət vurğulayıb ki, Qarabağda ortalığı qarışdıran, bölücülüklə, terrorçuluqla məşğul olan hər kəs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanacaq və cəzasını çəkəcək: "Ruben Vardanyanın özünə şəxsən sosial şəbəkə vasitəsilə yazmışdım ki, "az qalıb, bir müddət sonra Bakı həbsxanasında olacaqsan". Bunu ona görə deyirdik ki, öz dövlətimizə güvənirik. Bütün azərbaycanlıların gözlədiyi baş verdi və Vardanyan həbs olundu. Digər separatçılar da saxlanılacaq. O baxımdan Vardanyan kimi şəxslərin özləri təslim olsalar yaxşıdır. Qaça biləcəkləri yer yoxdur. Hara getsələr, interpol xətti ilə yaxalanacaqlar. Ən yaxşısı vaxtında özləri təslim olsunlar və Azərbaycan dövlətinin mərhəmətinə sığınsınlar. Araşdırmalar başa çatdıqdan sonra dövlətimiz həmin şəxslərin davranışlarından asılı olaraq hansısa yüngülləşdirici addımlar atıla bilər. Bundan yararlansınlar".
Qarabağ iqtisadi zonası ərazisində göndərilən rusiyalı milyarder Ruben Vardanyanın separatçı-terrorçu rejimin “dövlət naziri” təyin edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı dövləti cinayətdir.
Bu sözləri isə "Axar.az"a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Ruben Vardanyanın həbs olunması ilə bağlı danışarkən deyib: “Vardanyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və “Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə cinayət işi başlana bilər. İstintaqın gedişi zamanı R.Vardanyanın əməlində digər cinayət əməllərinin tərkib əlamətləri də müəyyən edilərsə, ona 15 ildən çox cəza verilə bilər”, - vəkil bildirib.
Buna baxmayaraq, S.Vəkilov R.Vardanyanın işinə hazırkı siyasi konyektura, o cümlədən Azərbaycanın artıq öz suverenliyini bərpa etməsindən doğan özünəgüvən, o cümlədən humanizm prinsiplərindən yanaşacağını da istisna etməyib.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm