
Azərbaycanda benzinin qiymətini ucuzlaşdırmaq olar -ŞƏRH
Azərbaycanda benzinin qiymətini ucuzlaşdırmaq olar -ŞƏRH
08:28 08.05.2024
İqtisadiyyat
720
İqtisadçı Fuad İbrahimov: “Onda gərək keyfiyyət amilindən kənarlaşaq”
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,4 faiz artaraq 1 barelə görə 83,29 ABŞ dolları təşkil edib. "APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,45 faiz artaraq 1 barelə görə 78,46 ABŞ dolları təşkil edib. Qitələrarası birjada neftin qiyməti qalxdığı halda, qardaş Türkiyədə benzin və dizel yanacağının qiymətinin enəcəyi bildirilir. Bunu, brend neftin qiymətindəki dəyişmələrlə əlaqələndirirlər. Əvvəlcə benzin və dizel yanacağının qiymətində artım, az sonra isə eniş yaşanıb. Türkiyə mediasında yer alan xəbərlərə görə, bu gündən etibarən benzin və dizel yanacağının qiymətində enmələr olacaq. Hazırda İstanbulda dizel yanacağının litri 41.3 TL, benzinin litri isə orta hesabla 43.93 lirədən satılır. Bu, Azərbaycan manatı ilə müqayisədə 2 manat civarında edər.
Qardaş ölkə neft istehsalçısı olmadığı halda, orada benzinin qiymətinin ucuzlaşması sual doğurur: niyə neft ölkəsi olan Azərbaycanda benzin ucuzlaşmır?
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:

- Nəzərə almaq lazımdır ki, Azərbaycanda və Türkiyədə yanacağın qiymətində fərq var. Bizdə daha ucuzdur, nəinki qardaş ölkədə. Bu da təbiidir, çünki Türkiyə idxalçı ölkədir, biz isə istehsalçı ölkə. Əlbəttə, bu zaman da sual oraya çıxır ki, təbii ehtiyatlarımız varsa, istehsalçı ölkəyiksə, niyə daha ucuz deyil və niyə ucuzlaşmır? Bunun bir çox səbəbləri var. Birincisi, hər bir məhsulun öz maya dəyəri var və qiymət də maya dəyərinə uyğun formalaşır. Maya dəyəri bahalaşdıqca məhsulun qiyməti də yüksəlir. İkincisi, heç də az təsir etməyən səbəb Azərbaycanın müasir dövrün tələblərinə uyğunlaşması, dünyadakı ictimai varlıqlara inteqrasiyasıdır. Müəyyən tələbnamələr var ki, onlara əməl etmək öhdəliyimiz var. Benzinin qiymətinin ucuzlaşması üçün gərək keyfiyyət amilindən kənarlaşaq. Lakin bu, asan məsələ deyil. Azərbaycan beynəlxalq konvensiyalara üzvdür, payızda ölkəmizdə nəhəng, qlobal tədbir - COP-29 keçiriləcək. Bilrisiz ki, bu təşkilatda toplanan dövlətlər dünyada iqlim dəyişmələrinə qarşı mübarizə, iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaq, atmosferə atılan tullantıların, zəhərli qazların sıfıra endirilməsi vəzifələri daşıyırlar. Azərbaycan karbohidrogen ehtiyatları olan ölkə kimi bu qlobal tədbirin ölkədə keçirilməsi üçün səs çoxluğu toplamış bir dövlətdir. Azərbaycana müstəsna hal kimi icazə verilib bu tədbiri keçirsin. Ona görə də biz neft, yanacaq istehsalında keyfiyyət amilini üstün tutmalı, elektrik avtomobillərindən daha çox istifadəyə, daha üstün səviyyələrə nail olmalıyıq. Bir də ki hazırda Azərbaycanda benzinin qiyməti kifayət qədər normaldır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya