Fransa şampan sənayesinin qaranlıq üzü - İşçilər istismar olunur
Yusif Nəzərli
14:46 23.12.2024
Dünya
289
Fransanın məşhur şampan şirkətləri Qərbi Afrika və Şərqi Avropadan olan miqrantları aşağı maaşla istismar edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.
Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, şirkətlər maaşdan şikayətlənən və bəzən küçələrdə yatmağa məcbur olan miqrantları işə götürmək üçün üçüncü tərəfdən istifadə edirlər.
Yazıda xüsusi olaraq "Moet & Chandon" və "Mercier" kimi şampan markalarının fəaliyyətindən bəhs olunur. “Dünyanın ən zəngin” küçəsi kimi tanınan "Şampan" küçəsindəki (Avenue de Champagne) şirkətlərin plantasiyalarında işləyənlərin şəxsi mənzili yoxdur və çadırlarda gecələyirlər.
Bu parlaq sənayenin arxasında, çox az adamın bildiyi qorxulu bir reallıq dayanır. Üzüm bağlarında işləyən işçilər, ağır iqtisadi çətinliklərə, evsizliyə və aclığa dözərək zəngin şampan markalarının istehsalına kömək edirlər. Onlar ya heç bir əmək haqqı almırlar, ya da qanunsuz şəkildə çox aşağı maaşla işləyirlər. Bu isə onların bir çoxunun küçələrdə yatmasına, ac qalmasına və hətta oğurluq etmələrinə səbəb olur.
Fransa şampan sənayesi, illər ərzində böyük gəlir gətirib. 2023-cü ildə Fransadakı üzüm bağlarından təxminən 300 milyon butulka şampan ixrac edilib və 6 milyard avro qazanc əldə olunub. Bu böyük gəlirin arxasında işçilərin istismarı dayanır.Ötən il üzüm yığımı zamanı dörd işçi yüksək temperatur nəticəsində istilikdən öldü.
"Comité Champagne" adlı sənaye təşkilatı vəziyyətlə əlaqədar daha sərt nəzarət və cəzalar tətbiq edilməsi ilə bağlı çağırış edib.
"Ölkədə bu ənənəvi sənaye sahəsinin gələcəyi, təkcə istehsalçıların deyil, həm də işçilərin haqlarının tanınmasından asılı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya