ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır
Yusif Nəzərli
07:40 23.04.2025
İqtisadiyyat
513
ABB Dünya İqtisadi Forumu (Davos Forumu) ilə tərəfdaşlığa başlayır. Belə bir tərəfdaşlıq ABB-nin beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Bank Forumun dünyanın müxtəlif ölkələrində keçirəcəyi tədbirlərdə iştirak edəcək, müzakirələrdə öz spikerləri ilə təmsil olunacaq, yeni tərəfdaşlarla, o cümlədən investorlarla işgüzar əlaqələr quracaq.
"APA-Economics" xəbər verir ki, Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində də görüş keçiriblər. Onlara Bankın fəaliyyəti, strateji hədəfləri, son illər reallaşdırdığı uğurlu layihələr haqqında məlumat verilib. Gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. ABB-nin Forumla tərəfdaşlıqdan faydalanmaq imkanları, dünyadakı digər böyük bankların bu sahədə təcrübələri və s. mövzular ətrafında müzakirələr aparılıb. Görüş zamanı ABB-nin Dünya İqtisadi Forumu ilə tərəfdaşlığına dair sənəd də imzalanıb.
Davos Forumu adı ilə məşhur olan Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Onun əsas məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, biznes qurumlarını, sahibkarları bir araya gətirmək, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.
Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir imkanlarına malikdir. Burada irəli sürülən yeni fikirlər, təşəbbüslər qlobal iqtisadiyyata istiqamət verir. Azərbaycan Dünya İqtisadi Forumunda 1995-ci ildən fəal şəkildə təmsil olunmaqdadır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya