
Analitik: Qəzza ilə bağlı heç bir tərəfin istəyi baş tutmadı
08:27 22.10.2025
Dünya
415
Təxribatların törədiləcəyi, bunun İsrail üçün bəhanəyə yol açacağı və yenidən Qəzzaya ağır zərbələrin vurulacağı mümkün variant kimi görünürdü
İsrail Baş naziri Benyamin Netanyahu atəşkəs danışıqları masasına qayıtmaq üçün Qəzza sülh planını pozub, Türkiyənin iştirakı olmadan yeni razılaşmalar həyata keçirmək istəyir. Bu barədə "Hürriyət" qəzeti məlumat yayıb. Məlumata görə, İsrail türk hərbçilərin beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil edilməməsində israr edəcək: "Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasına etiraz etmir. Onlardan HƏMAS-ın tərksilah edilməsinə və tunellərin məhv edilməsinə kömək etmələrini istəyir. Netanyahu üçün yeganə problem Türkiyə və Qəzzada türk əsgərinin olmasıdır". ABŞ Prezidenti Donald Tramp isə deyib ki, HƏMAS rəhbərliyi atəşkəsin pozulmasına göstəriş verməyib: "İnanmıram ki, bunu HƏMAS rəhbərliyi edib". O, xəbərdarlıq edib ki, vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı güc tətbiq etməyə hazırdır: "Əgər onlar özlərini düzəltməsələr, biz onları məhv edəcəyik". Qeyd edək ki, oktyabrın 10-da Qəzzada atəşkəs qüvvəyə minib. Lakin İsrail ordusu Rəfah bölgəsində HƏMAS yaraqlılarının atəşkəsi pozduğunu açıqlayıb. Netanyahu radikallara qarşı tədbir görülməsi barədə göstəriş verib. HƏMAS isə insidentlə əlaqəsini inkar edib.
Siyasi şərhçi Səxavət Məmməd bildirib ki, Qəzza sammitindən sonra İsrail HƏMAS arasında toqquşmaların olacağı gözlənilən idi. Bunun çox sadə səbəbləri var. Ekspertə görə, birinci səbəb ondan ibarətdir ki, İsrail qarşısına qoyduğu məqsədə çatmadı:

"Nə Qəzzanı aborigen xalqdan təmizləyə bildilər, nə HƏMAS-ı silahsızlaşdıra bildirlər. Hətta ABŞ-nin, daha dəqiqi Trampın Qəzza ilə bağlı planı baş tutmamış sayılır. Yeri gəlmişkən, bir neçə həftə əvvəl Qəzzanı ABŞ şirkətlərinin tikəcəyini bəyan edən Tramp, Qəzza sammiti ərəfəsində Qəzzanı Yaxın Şərq ölkələrinin tikəcəyini bildirdi. Dolayısı ilə Qəzza ilə bağlı heç bir tərəfin istəyi baş tutmuş sayılmır. Ona görə də təxribatların törədiləcəyi, bunun İsrail üçün bəhanəyə yol açacağı və yenidən Qəzzaya ağır zərbələrin vurulacağı mümkün variant kimi görünürdü və baş verənlər də onu göstərir. Maraqlısı ondadır ki, təxribatların törədilməsində HƏMAS yox, hansısa adı bilinməyən radikal qruplar günahkar sayılır. Maraqlısı ondadır ki, İsraildə müharibənin bitməsini istəməyən qrupların olduğunun da şahidi oluruq. Açıq şəkildə nazirlər, siyasətçilər dövlətə müraciət edirlər ki, genişmiqyaslı əməliyyatlara start verilsin. Bu düşüncə tərzinin çoxluq təşkil etdiyi dövlətin isə dayanacağı inandırıcı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm