ABŞ-dan dərc olunacaq inflyasiya rəqəmlərinin qlobal bazarlara və “bitcoin”ə təsiri... - ANALİZ
Yusif Nəzərli
13:48 12.09.2022
İqtisadiyyat
477
Ötən həftə Avropa Mərkəzi Bankı 24 ildən sonra ilk dəfə 0,75 bənd faiz artımına getməsi ilə yadda qaldı. AMB rəsmilərinin çıxışlarından ehtimal etmək olur ki, Avrozonada inflyasiya rəqəmlərinin azalmadığı müddətdə, faiz artımlarının davam etməsi gözləniləndir. Faiz qərarından sonra təbii olaraq, dollarda ucuzlaşma özünü göstərməkdədir. Dollar indeksi hazırda 108,11 bənd olmaqla zirvədən 2,68 faiz aşağıdadır. İndeks üzrə göstəricinin zəifləməsi fonunda, ötən həftə proqnozlaşdırdığımız kimi, fond indekslərində ortalama 3-5 faiz, əmtəələrdə 2-4 faiz, kripto valyutalarda isə ortalama 15 faizlik bahalaşma hökm sürdü.
Cari həftənin çərşənbə axşamı, investorların əsas diqqəti, ABŞ-dan dərc olunacaq inflyasiya rəqəmlərinə yönələcək. Azalan inflyasiya, Federal Ehtiyatlar Sistemini növbəti faiz qərarlarında yumşaq monetar siyasət yürütməsinə yönləndirə bilər. İllik inflyasiyanın 8,5 faizdən 8,1 faizə qədər azalacağı proqnozlaşdırılır. Dərc olunacaq illik inlfyasiya rəqəminin daha aşağı açıqlanacağını istisna etmirəm, lakin rüblük göstəriciləri daha çox diqqətdə saxlamaq lazım olduğu qənaətindəyəm. Ümumilikdə azalan illik inflyasiya rəqəmləri, rüblük göstəricilərlə dəstəklənməsə, qlobal bazarlarda bahalaşmanın qısamüddətli olma ehtimalı yüksəkdir.
Uzunmüddətli fonda isə, FES-in artan inflyasiya rəqəmlərinə qarşı, sərt monetar siyasəti davam etməkdədir. May ayından bugünədək FES-in balansı 140 milyard dollar azaldılıb. Bu siyasətin gələcəkdə daha sürətli tempdə davam etməsi dollar indeksinin 115-117 bənd səviyyələrinə qədər bahalaşmasını və bütün qlobal bazar alətlərinin 15-20 faiz enişi paralelində gətirə bilər. “Bitcoin”in isə önümüzdəki həftələrdə yeni dib axtarışında olub il sonuna doğru və ya növbəti ilin əvvələrində bahalaşması gözləniləndir.
“Bitcoini” ayrıca bir investisiya aləti kimi dəyərləndirsək, hazırda 22300$-dan mübadilə edilsə də çərşənbə axşamı xəbərləri fonunda 23800-24200$ aralığına qədər bahalaşacağı gözləniləndir. Bahalaşmanın davam edəcəyi halda BTC-nin həftəlik əsas hədəfi 24800$ olaraq görünür. Alternativ olaraq, bazar risk iştahı azalacağı halda, qiymətin 20600$ həddindən yenidən dəstək alacağı istisna edilmir.
Aqşin İSMAYIL
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya