Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunub! – Ucuzlaşacaqmı?
Yusif Nəzərli
12:03 01.02.2022
İqtisadiyyat
647
Azərbaycana idxal edilən Aİ-92 markalı benzini gömrük rüsumundan azad olunub. Bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarındakı dəyişikliyə əsasən, qeyd olunan benzin növünün hər 1000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.
Eyni zamanda Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.
İqtisadçı Nazim Bəydəmirli Nazirlər Kabinetinin yeni qərarından “Sherg.az”danışarkən bildirib ki, bu hazırda ölkədə neft emalı zavodu daxilində benzin istehsalının çatdırılmadığını göstərir:
“Xaricdən gələn benzinin bahalaşmaması üçün də belə bir addım atılır. Yerli məmurlarımızın və SOKAR rəhbərliyinin verdiyi məlumata görə, bu sahədə rekonstruksiya işləri 2023-cü ilin sonuna kimi tamamlanacaq. O zamana kimi biz yenə də belə məsələlərlə qarşılaşacıq”.
N.Bəydəmirli illər boyu SOKAR rəhbərliyinin yeni neft emalı zavodlarının tikilməsi haqqında səsli-küylü bəyanatlar verdiyini diqqətə çatdırıb:
“Hələ 2010-cu ildə Qaradağ rayonu ərazisində böyük bir neft emalı kompleksinin tikiləcəyini deyirdilər. Burada çox ciddi qiymət şişirdilməsi mövcud idi. Söhbət on milyardlarla dollar dəyəri olan bir zavoddan gedirdi. Çox təəssüf ki, idarəetmədə olan monopoliya, qohumbazlıq, regionçuluq neft sektorunda daha qabarıqdır. Onlar illər boyu mövcud olan neft emalı zavodlarını rekonstruksiya edib müasir standartlara çatdırmaq əvəzinə, xaricdə neft emalı komplekslərinə böyük investisiyalar yatırdılar. Bu tip layihələrdə də ölkə vətəndaşları ikinci plana atılıb. Məqsəd əksər hallarda dövlət vəsaitin mənimsənilməsi olub”.
İqtisadçı əksər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının benzinə daha çox pul verdiyini vurğulayıb:
“Çox təəssüf edirəm ki, neft istehsal edən bir ölkədə enerji qiymətləri olduqca bahadır. Bu olduqca acınacaqlı durumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı