Analitiklər: Dollar dəyərdən düşəcək
09:10 19.12.2019
İqtisadiyyat
653
Bir neçə xarici investisiya bankı, 2020-ci ildə dolların kursunun aşağı düşəcəyini proqnozlaşdırıb.
“Financial Times”ın xəbərinə görə, bu barədə “Deutsche Bank”, “Goldman Sachs”, “Bank of New York Mellon”, “Citigroup”, həmçinin, “BlackRock” investisiya şirkətinin analitikləri proqnoz verib.
Onlar ABŞ valyutasının orta dərəcədə ucuzlaşmasının səbəblərini qlobal iqtisadi artım tempi, investorların riskli aktivlərə olan marağı ilə əlaqələndirirlər.
Eyni zamanda, ABŞ Federal ehtiyyat sistemi kursu mövcud səviyyədə saxlamağa davam etmək və ya daha da aşağı salmaqla buna təsir edir.
Analitiklərin fikirlərinə əsaslanan konsensus qiymətləndirməsi, avronun gələn ilin sonuna hazırkı 1,1 dollara qarşı 1,16 dollar olacağını proqnozlaşdırır.
Eyni zamanda, “JPMorgan Chase” investisiya bankının işçiləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Digər ölkələr ABŞ-ı dünya lideri olaraq əvəz edə bilməzlər.
Bununla yanaşı, bu təşkilatın analitikləri də dolların bir qədər zəifləməsini - gələn ilin sonuna qədər avroya nisbətində 1,14-ə qədər azalacağını proqnozlaşdırırlar.
Gələcəkdə diqqət çəkəcək valyutalar sırasında Kanada və Yeni Zelandiya dolları ilə yanaşı, funt sterlinq də var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil